Accessibility links

Bleyer: İraqın silah proqramı haqda hesabat dəyişdirilməyib - 2003-08-28


Britaniyanın baş nazir Toni Bleyer bildirib ki, hökumətin İraqın müharibədən əvvəl silah proqramı haqda kəşfiyyat mə’lumatlarını şişirtməsi ilə bağlı dəlilərin biri düz olsaydı, o, istefa verərdi. Onun bildirdiyinə görə, İraq haqda dosye Britaniyanın kəşfiyyat mənbələrinin mə’lumatlarına əsasən hazırlanmışdır. Britaniyalı silah eksperti Deyvid Kellinin ölümülə bağlı təhqiqat aparan məhkəmə qarşısında ifadə verən baş nazir Bleyer deyib ki, hökumətin İraqın müharibədən əvvəl silah proqramı haqda hesabatı siyasi məqsədlərlə dəyişdirilməmişdir. Deyvid Kelli keçən ay BBC şirkətinin mübahisələrə səbəb olmuş mə’lumatında əsas mənbə kimi göstərildikdən bir gün sonra intihar etmişdi.

XS
SM
MD
LG