Accessibility links

İraq şiələri qətlə yetirilmiş dini liderlərinə matəm saxlayır - 2003-08-31


Baqdadda tanınmış şiə ruhanisi ayatullah Məhəmməd Bağır Əl-Həkimin yas mərasimində minlərlə adam iştirak edib. Mərasimdə iştirak edənlərin çoxu ən’ənəvi hüzr əlaməti kimi sinə vuraraq Baqdadın şimalında Kadhimiya məhəlləsinin küçələrilə keçmişlər. Adamlar Ayatolla əl-Həkimin qara parçaya sarınmış və üzərinə yaşıl bayraq örtülmüş cənazəsinin arxasınca gedirdilər. İraq polisi ayatullah Əl-Həkimin qətli ilə əlaqədar iki iraqlının və iki səudiyyəlinin həbs edildiyini bildirib. Ayatullah Əl-Həkimin tərəfdarlarının çoxu bomba əməliyyatının məsuliyyətini Səddam Hüseynə sadiq qüvvələrin üzərinə atır. Birləşmiş Ştatlar və İraqın rəsmi nümayəndələri hücumu qınayaraq ona görə İraqda qeyri-sabitlik yaratmağa çalışan qüvvələrin məsuliyyət daşıdığını deyirlər. İraqlıların çoxu İmam Əli məscidinə hücuma görə məsuliyyəti Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinin üzərinə atıarlar, çünki onların dediyi kimi, belə hücumlar koalisiyanın ölkədə təhlükəsizliyi təmin edə bilməməsinə görə baş verir. İraqın icraediçi şurasının üzvü, Məhəmməd Bağır Əl-Həkimin qardaşı Əbdül Əziz Əl-Həkim matəm saxlayanlara müraciət edərək qisas almaqdan kənar olmağa və İraq xalqını ayırmağa çalşıan hər hansı bir cəhdin qarşısını almağa çağırmışdır. “Şiə, sünni, kürd, ya da türkmən, bunların hamısı bir İraq xalqıdır. İraqın birliyi və bərpası işini davam etdirin.” Ayatullah Əl-Həkim Nəcəfdə dəfn olunmaznda əvvəl, onun cənazəsi Kərbəlaya aparılacaq.

XS
SM
MD
LG