Accessibility links

İraqın İcraedici Şurası yeni kabineti təsdiq etdi - 2003-09-01


İraqın İcraediçi Şurası 25 nazirdən ibarət yeni kabineti təsdiq edib. Yeni kabinet İcraediçi Şura kimi etnik və dini qruplardan təşkil edilib. İraq əhalisinin 60 faizini təşkil edən şiələr kabinetdəki Neft, Daxili İşlər və Ticarət nazirlikləri daxil edilməklə 13 nazirliyə, sünnülər Maliyyə və Əmək nazirlikləri daxil edilməklə 5 nazirliyə, kürdlər Xarici İşlər Naziri daxil edilməklə 5 nazirliyə, türkmən və xristianlar isə hər biri bir nazirliyə rəhbərlik edəcək. Kabinetdə Müdafiə və Mə’lumat nazirləri yoxdur. İcraediçi Şuranın sədri Kabinetin Baş Nazir vəzifəsini icra edəcək. İraqın Milli Konqressinin başçısı Əhməd Çələbi bu gündən etibarən İcraediçi Şuranya başçılıq edəcək. Keçən cümə Nəcəfdə şiələrin lideri ayatullah Məhəməd Bağır Əl-Həkim və onun 80-dən çox tərəfdarının bomba hücumunda həlak olmalarını nəzərə alaraq Kabinet tərkibinin e’lan edilməsi tə’xirə salınmışdı. Əl-Həkimin cənazəsi sabah Nəcəf şəhərində torpağa tapşırılmazdan əvvəl Bağdad və Kərbəlaya aparılmışdı.

XS
SM
MD
LG