Accessibility links

Şimali Koreya gələcək danışıqlara hazırdır - 2003-09-02


Şimali Koreya əvvəlki danışıqları mə’nasız adlandırdıqdan sonra bu gün gələcək müzakirələrə hazır olduğunu bəyan edib. Rəsmi Mərkəzi xəbərlər agentliyi Pekində aparılan çoxtərəfli danışıqlar zamanı bir nəticə əldə edilmədiyinə görə Birləşmiş Ştatları günahlandırmışdır. Mə’lumatda Şimali Koreyanın danışıqları davam etdirməyə hazır olduğu qeyd edilmiş, bununla yanaşı, Vaşinqton Pxenyanla bir-birinə hücum etməmək haqda müqavilə imzalamasa, Şimali Koreyanın nüvə qabiliyyətini artıracağı haqda xəbərdarlıq edilmişdir. Bu arada, Cənubi Koreyanın xarici işlər naziri keçən həftə çoxtərəfli danışıqların nəticələrini ABŞ rəsmilərilə müzakirə etmək üçün Vaşinqtona səfər edir.

XS
SM
MD
LG