Accessibility links

BMT-nin Təhlükəsizlik Şurasında İraqla bağlı qətnamə layihəsi müzakirə olunur - 2003-09-05


15 üzvlü şuranın qeyri-rəsmi danışıqları Amerikanın başçılığı altında çoxmillətli hərbi personal, habelə Amerikanın təyin etdiyi icraedici şuranın BMT tərəfindən dəstəklənməsi məsələləri üzərində mərkəzləşib. Rusiyanın xarici işlər naziri İqor İvanov Amerikanın təklifinə diqqət yetirilməli, lakin Moskvanın dəstəyini əldə etməsi üçün üzərində ciddi iş aparılmalı olduğunu deyib. Fransa və Almaniya da həmçinin, qətnamənin hazırkı variantı ilə razı olmadıqlarını bildirirlər.

XS
SM
MD
LG