Accessibility links

AB İtaliyada qeyri-rəsmi görüş keçirir - 2003-09-05


Avropa Birliyinin xarici işlər nazirlərinin iki günlük görüşü keçirilən İtaliyanın şimal Riva Del Qarda şəhərində 400-ə yaxın qloballaşma əleyhinə nümayşçi ilə polis arasında qarşıdurma olub. Səlahiyyətli nümayəndələrin bildirdiyinə görə nümayşçilər konfrans zalının yerləşdiyi yerə aparan 2 əsas yolu bağlayıblar. Nümayişçilər gələn həftə Meksikanın Kankun şəhərində Dünya Ticarət Təşkilatının keçirəcəyi yığıncağa da etiraz edirlər. Nazırlərin qeyri-rəsmi yığıncağının gündəliyində Yaxın Şərq, İraq və Avropa Birliyinin konstitusiyası məsələləri yer alır.

XS
SM
MD
LG