Accessibility links

Mahmud Abbasın istefası narahatlıq doğurub - 2003-09-06


İtaliyada iki günlük yığıncaqlarını başa vuran Avropa Birliyinin xarici işlər nazirləri Fələstinin baş naziri Mahmud Abbasın istefası ilə bağlı narahatlıqlarını bildiriblər. İtaliyanın xarici işlər naziri Franko Frattini cənab Abbasın istefasının Fələstin rəhbərliyində təhlükəli vəziyyət yaradcağını deyib. Avropa Birliyi nazirləri i hesablarını dondurmaqla Fələstinin Həmas qrupunun qanunsuz elan edilməsi barədə razılıq əldə ediblər. İtaliyanın şimal kurort şəhərində keçirilən yığıncaqda İraqın yenidən qurulması, habelə Avropa Birliyinin yeni konstitusiyası məsələlərinin müzakirəsi də yer almışdı.

XS
SM
MD
LG