Accessibility links

Ariel Şaron: Həmas qrupunun liderləri ölümə hədəf alınmışlar - 2003-09-07


İsrailin baş naziri Ariel Şaron deyir ki, Fələstinin Həmas qrupunun liderləri Yahudi dövləti tərəfindən ölümə hədəf alınmışlar. Dövlət mətbuat orqanlarına verdiyi müsahibəsində İsrail lideri bildirib ki, İsrail Həmas liderlərinin izinə düşüb onları məhv edəcək, qrupa bir anlıq belə rahatlıq verməyəcək. Cənab Şaron bu çıxışını İsrailin Həmasın dini lideri Şeyx Əhməd Yasinə qarşı uğursuz sui-qəsd cəhdindən bir gün sonra edib. Həmas isə cavabında bildirib ki, bu hücumla İsrail üzünə cəhənnəm qapılarını acıb. Həmas İsrailin hələ həyatında görmədiyi cavabla qarşılaşacağını bildirib. İsrail bu gün Həmasın hücumlarından qorunmaq məqsədi ilə İordan çayının qərb sahili və Qəzza bölgəsinin sərhədlərini bağlayıb.

XS
SM
MD
LG