Accessibility links

BMT-nin nüvə agentliyi İrandan öz nüvə proqramlarına dair bütün suallara cavab verməsini tələb edir - 2003-09-08


Beynəlxalq atom enerjisi agetnliyi İranı nüvə proqramı ilə bağlı mühüm suallara cavab verməyə çağırıb. Bu gün Vyanada agentliyin idarə heyətinin qapalı iclası keçirilmişdir. Beynləlxalq atom enerjisi agentliyinin başçısı Məhəmməd Əl-Baradei idarə heyətinin 35 üzvü qarşısında çıxış edərək İranın qurumla əməkdaşlıq etməyə başladığını, lakin görülməli bundan daha artıq işin olduğunu demişdir. Rəsminin dediyinə görə, atom enerjisi agentliyi xüsusilə üzərində zənginiləşdirilmiş uran olduğu aşkar edilmiş ixrac olunmuş avadanlığın tam siyahıya alınmasını istəyir. BMT-nin nüvə agentliyi habelə İranın sınaqdan keçirdiyi qaz sentrifuqalarının mahiyyətini izah etməsini istəyir. Belə ki, ekspertlərin bildirdiyinə görə, bundan dinc məqsədələrlə nüvə proqramlarında istifaə olunmur. Son həftələt İrana səfər etmiş agentliyin müfəttişləri bildirirlər ki, Tehranın nüvə proqramları ilə bağlı açıqlamalarında bir-birilə ziddiyyət təşkil edən məqamlar var. İran nüvə prqoramından dinc məqsədlə istifadə edildiyinə təkid edir. Lakin Birləşmiş Ştatlar İranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edir. Beynəlxalq atom enerjisi agentliyinin idarə heyətinin bu həftənin sonu İranı noyabr ayında heyətin növbəti görüşünə qədər nüvə proqramı haqda tam və dəqiq mə’lumat verməyə çağıran yeni qətnamə qəbul edəcəyi gözlənilir.

XS
SM
MD
LG