Accessibility links

Baş nazir İlham Əliyev Türkiyəyə bir günlük səfər edib - 2003-09-08


Azərbaycanın baş naziri İlham Əliyev Türkiyə rəsmilərilə siyasi və iqtisadi məsələləri müzakirə etmək məqsədilə bu günlük səfərlə Türkiyədə olub. Baş nazirin Türkiyə prezidenti Əhməd Necdət Sezər, baş naziri Rəcəp Tayyib Ərdoğan və ölkənin digər rəsmi şəxslərilə görüşlər keçirəcəyi xəbər verilmişdir. Bu, İlham Əliyevin keçən ay Azərbaycanın baş naziri seçilməsindən sonra ilk rəsmi səfəridir. Azərbaycan Konstitusiyasına görə, baş nazir Əliyev hazırda Birləşmiş Ştatlarda müalicədə olan 80 yaşlı atası prezidentlik vəzifəsini icra edə bilməsə, ölkə prezidenti olacaq.

XS
SM
MD
LG