Accessibility links

Fələstinin yeni baş nazirinə daha artıq səlahiyyət veriləcək - 2003-09-09


Dünən Birləşmiş Ştatlar İsrailə qarşı hücumlara son qoyulması məqsədi ilə Fələstinin yeni baş nazirinə təhlükəszliklik xidmətlərinin tam nəzarəti veriləcək. Dünən günün axırına qədər Cənab Koreyin Fələstin İdarəçiliyinin başçısı Yasir Arafat tərəfindən namizədliyinin irəli sürülməsini qəbul etdiyi hələ aydın deyildi.Lakin Buş administrasiyası cənab Koreyin vəzifəni qəbul etdiyi ehtimalı ilə Birləşmiş Ştatların Qüdsdəki baş konsulu Cefri Feltmanı onunla görüşə göndərmişdi. Amerikalı diplomat fələstin rəsmisini terrorizmə qarşı təxirəsalınmaz tədbirlər görməyə dəvət etmişdi. ABŞ dövlət katibi cənab Kolin Pauel bildirib ki, yeni baş nazir hücumları “yol xəritəsi” adı ilə tanınan Yaxın Şərq sülh prosesini dayandıran Fələstin radikallarına qarşı hərəkat etmək üçün imkana və iradəyə malik olmalıdır. Mötədil kimi tanınan cənab Korey 1993-cü il Oslo razılaşmasından bəri diplomatik fəaliyyətinə görə Birləşmiş Ştatlar rəsmi şəxsləri arasında yaxşı tanınır. ABŞ rəsmiləri ümid edirlər ki, o, büdcə və təhlükəsizlik səlahiyyətlərinin Yasır Ərafatın əlindən alınmasında keçmiş baş nazir Mahmud Abbasdan daha uğurlu olacaq.

XS
SM
MD
LG