Accessibility links

ABŞ-ın Dövlət Katibi İraqa səfər edəcək - 2003-09-13


Birləşmiş Ştaytların Dövlət katibi Kolin Pauel İraqın gələcəyi haqda Cenevrə danışıqlarından sonra Küveytə və İraqa səfər edəcək. Baş katib Kolin Pauel aprel ayı Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraqa səfər edən ən yüksək səviyyəli rəsmi şəxs olacaq. Dövlət Departamentinin nümayəndəsi Riçard Bauçerin bildirdiyinə görə cənab Pauel İraqın icraedici şura, habelə coalisiyanın müvəqqəti idarəsinin üzvləri ilə görüşəcək. Departament nümayəndəsi deyir ki, cənab Pauel İraqın yenidən qurulması işlərində beynəlxalq ictimaiyyət və İraq xalqı tərəfindən əldə ediln nailiyyətləri görmək istəyir. Cənab Pauel Cenevrədə BMT-nin baş katıbı Kofi Annan və BMT-nin təhlükəsizlik şurasının 5 daimi üzvü - İngiltərə, Fransa, Çin və Rusiyanı təmsil edən rəsmi şəxslərlə görüşüb İraqda təhlükəsizliyin qorunması və Vaşınqtonun tez bir zamanda səlahiyyətləri ya BMT, ya da ki, İraq xalqına təhvil verməsi məsələlərini müzakirə edir. Danışıqlarda eləcə də, Birləşmiş Ştatların təklif etdiyi çoxmillətli hərbi qüvvələrin İraqda yerləşdirilməsi haqda qətnamə layihəsi də müzakirəyə qoyulacaq.

XS
SM
MD
LG