Accessibility links

Buş: Amerika hərbiçilərinin İraqdakı əməliyyatları Amerikada terrorizm təhlükəsini azaldıb - 2003-09-13


Prezident Bush İraq məsələsində terrorçuları məhv etmək, ölkənin idarəedilməsini İraq xalqına təhvil vermək və beynəlxalq ictimaiyyəti ölkənin yenidən qurulmasına cəlb etməkdən ibarət bəlli bir strategiyanı yerinə yeritdiyini bildirib. Özünün Amerika xalqına həftəlik radio müraciətində cənab Bush bildirib ki, Amerika hərbi qüvvələrinin İraqdakı əməliyyatları Amerika qarşısındakı terrorizm təhlükəsini azaldıb. Lakin Demokratlar bununla razılaşmır. Demokratların həftəlik radio müraciətində Konqres üzvü Jane Hartman bitərəf təşkilat olan Beynəlxalq Əlaqələr Şurasının hesabatına əsaslanaraq, Birləşmiş Ştatların yeni terror hücumuna təhlükəli dərəcədə hazır olmadığını bildirib. O, Bush administrasiyasının yeni yaranmış Ölkə Təhlükəsizliyi Nazirliyini yetərli qədər maliyyələşdirmədiyini deyib.

XS
SM
MD
LG