Accessibility links

Kolin Pauel İraqdakı nailiyyətləri görmək istəyir - 2003-09-14


Birləşmiş Ştatların dövlət katibi Kolin Pauel İraqda müvəqqəti icraedici şuranın nümayəndələri və coalisiyanın müvəqqəti idarəsinin üzvləri ilə görüşməlidir. Cənab Pauel İraqın gələcəyi haqda Cenevrədə yüksək səviyyəli danışıqlardan sonra bü gün İraqa getmişdir. Cənab Paueli bu gün səhər Bağdadda coalisiyanın müvəqqəti idarəsinin başçısı Pol Bremer qarşılamışdır. Rəsmi nümayəndənin bildirdiyinə görə cənab Pauel İraqın yenidən qurulması sahəsində əldə edilən nailiyyətləri görmək istəyir. Cənab Pauel dünən Cenevrədə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan xarici işlər nazirləri ilə görüşüb, İraqın yenidən qurulmasında BMT-nin iştirakı haqda təklifi müzakirə etmişdir. Fransanın gələn ay İraqda hakimiyyətin İraqlılara verilməsi və azad seçkilər keçirilməsi təklifini cənab Pauel qeyri real adlandırmışdır. Dövlət katibinin İraqa çatmasından bir saat əvvəl Falluca yaxınlığında hücuma mə’ruz qalan Birləşmiş Ştatlar əsgərlərindən biri öldürülmüş, 3-ü yaralanmışdır. Xatırladaq ki, Falluca şəhərində səhvən öldürülən 9 iraqlı polis və iordaniyalı keşikçinin 3 günlük matəmi e’lan edilib.

XS
SM
MD
LG