Accessibility links

İraqda daha bir Amerika əsgəri qətlə yetirilib - 2003-09-15


Bu, bazar günü ABŞ Dövlət katibi Kolin Pauelin İraqa gəlişindən sonra Amerika qoşunlarının verdiyi ikinci itkidir. Hərbi şəxslər bildirirlər ki, birinci zirehli diviziyanın əsgəri bu gün səhər Bağdadın yaxınlığında hərbi hissənin qumbaratanlardan hücuma məruz qalmasından sonra həlak olmuşdur. Ölkənin qərbindəki Xalidiyə şəhərində isə silahlı şəxlsər polis rəisini qətlə yetiriblər. Bu arada, Dövlət katibi Pauel 1988-ci ildə Səddam Hüseyn qüvvələri tərəfindən kimyəvi hücum nəticəsində öldürülmüş 5 min kürdün xatirəsinə ucaldılmış monumentin açılışında iştirak etmişdir.

XS
SM
MD
LG