Accessibility links

Britaniyanın İrandakı səfirliyi yaxınlığında yenə atəş açılıb - 2003-09-15


Son bir ay içində bu, üçüncü belə hadisədir. Tehrandakı britaniyalı diplomatın sözlərinə görə şahidlər motosiklet idarə edən iki şəxsin səfirliyin yaşayış kompleksinin həyətində atəş açdığının görüblər. Zərər çəkən olmayıb, Britaniya səfirliyi sentaybırın 3-də və bundan altı gün sonra odlu silahdan atəşə məruz qalmışdı. İranın xarici işlər naziri sonuncu atışmanı pisləyərək hadisənin istintaqının aparıldığını bildirirb. Britaniya polisi 1994-cü il Argentinadakı bomba partlayışı ilə əlaqəsi olan iranlı diplomatı həbs etdikdən sonra Britaniya və İran arasında münasibətlər gərginləşmişdir. İranlı diplomat indi zamin buraxılıb.

XS
SM
MD
LG