Accessibility links

Maşını yaxşı sürürsünüzmü? - 2003-09-16


Amerika Avtomobil Assosiyası bu yaxınlarda amerikalı sürücülər arasında rə’y sorğusu keçirmişdir. Sorğunun nəticələri göstərir ki, amerikalılar pis sürücüdürlər. Ekspertlərin fikrincə, ümumiyyətlə, nəticələr o qədər ciddidir ki, yəqin amerikalıları sürücülük vərdişlərini dəyişdirməyə vadar edəcək.

Amerika Avtomobil Assosiyası ilə birgə sorğuda Sürətli yollarda təhlükəsizlik üzrə partnyorlar və Şimali Amerikanın Volvo avtomobilləri assosiasiyası da iştirak edirdi. Mə’lum oldu ki, yaşından asılı olmayaraq, amerikalıların 91 faizi maşın sürərkən heç olmasa bir riskli iş görür. Amerikalıların 73 faizi sür’əti aşdığını boynuna alıb, 59 faizi sükan arxasında oturarkən yemək yediyini, 37 faizi mobil telefonla danışdışını və 14 faiz hətta qəzet oxuduğunu e’tiraf edib. Mantil Vilyams Amerika Avtomobil Asosiyasının ictimai işlər üzrə direktorudur. “ Əgər diqqəti maşın sürməkdən yayındıran nə isə edirsinizə, bu, çox təhlükəli bir vəziyyətin yaranmasına gətirib çıxara bilər.” Mantil Vilyamsın dediyinə görə, sorğunun keçilməsinin əsas səbəbi keçən il yollarda 42 min 850 adamın ölümü ilə əlaqədardır. Bu, 1990-cı ildən sonra ən yüksək göstəricidir. Cənab Vilyams avtomobil qəzalarının yarısının səbəbinin diqqətin yayınması ilə bağlı olduğunu qeyd edir. “Avtomobil qəzaları 33 yaşlarında adamların ölümünün bir nömrəli səbəbkarıdır. Biz sür’ətli yollarda hər il Amerikanın Vyetnam müharibəsində itiridiyindən artıq adam itiririk. Buna görə də biz bunu ictimai səhiyyə sahəsində fəlakət kimi qəbul edirik.” Son on ildə avtomobil istehsalçılarının təhlükəsizliyin tə’min edilməsi məsələsinə xüsusi diqqət verdiyi müşahidə olunur. Avtomobillər və kiçik yük maşınları qəza baş verərkən sürücünün və maşında oturanların yaralanmaması üçün müxtəlif mexanizmlərlə tə’min olunmuşlar. Lakin əsas məsələ qəzanın baş verməsinin qarşısını almaqdan ibarətdir. Buna görə də, amerikalılar sürücülük vərdişlərini ciddi surətdə nəzərdən keçirməlidirlər. Amerika Avtomobil Assisyasından Mantil Vilyams. “ Çox adam maşını pis sürmək, ya da təhlükəli sürmək deyəndə, elə fikirləşir ki, söhbət başqa adamdan gedir. Mən ə’la sürücüyəm, maşını pis sürən başqasıdır. Ya da, məsələn, mən maşını yaxşı sürdüyüm üçün sürəndə yeyə də bilərəm, telefonla da danışa bilərəm. Təhlükəli vəziyyəti yaradan o biri sürücüdür. Ona görə, fikirimcə, adamlar özlərinin sürücülük vərdişlərini nəzərdən keçirməlidirlər.”

Bu səbəblə Amerika Avtomobil Assosiyası və sorğuda iştirak edən digər şirkətlər İnternetdə səhifə açıblar. Burada necə sürücü olduğunuza dair sullarla cavab verməlisiniz. Vebsaytda könüllü olaraq sürücülük vəsiqəsi alan zaman cavab verdiyiniz suallara yenidən cavab verə bilərsiniz. Bu, ştataların qanunları ilə nəzərdə tutulmur, sürücülər bunu yalnız vəsiqənin müddəti bitdikdə etməlidirlər. Amerikalıların yol hərəkəti qaydalarını necə bildiyi formal olaraq, 40,50, 60, hətta 70 ildir öyrənilmir. Əlbəttə, hər ölkədə sür’ətli yollarda hərəkət qaydaları oradakı qanunlarla müəyyən edilir. Amma söhbət yaxşı sürücü olmaqdan gedir. Haqqında danışdığımız testlə maraqlanırsınızsa, İnternetdə vvvvvv.safedrivingtest.com ünvanına gedə bilərsiniz.

XS
SM
MD
LG