Accessibility links

Amerikalılar əsas diqqəti avtomobilin etibarlılığına verirlər - 2003-09-16


Çoxları üçün yeni maşın alanda əsas göstəricilər onun dizaynı və gücüdür. Lakin son marketinq araşdırmaları göstərir ki, amerikalılar maşın alanda, ilk növbədə, onun e’tibarlılığına fikir verirlər. Tədqiqat 2000-ci ildə istehsal edilmiş avtobillər və üç il sürülmüş kiçik həcmli yük maşınlarının 55 min sahibi arasında aparılmışdır. Beynəlxalq marketinq informasiya şirkətinin istehsalın öyrənilməsi bölməsinin direktoru Brayan Valters ümumi nəticələri göstərir. “E’tibarlılıq baxımından Avropada istehal olumuş avtobillər, həqiqətən də, rəqabətə dözə bilmirlər. Üç il sürüləndən sonra bu avtobillərdə daha çox problemlər aşkar olub və yerli avtobillərlə müqayisədə bu problemlər qat-qat artıqdır. Beləliklə, avropalılar bir zamanlar olduğu mövqeyi tədricən dəldən veriblər və indi rəqabət baxımından o qədər də yaxşı vəziyyətdə deyillər.” Gözlənildiyi kimi, sorğu zamanı Toyota və Honda yüksək qiymətlər almışlar. Digər avtobil modellərinin də göstəriciləri yaxşı olub. Brayan Valter. “Leksus ən yaxşı göstəricilərə malikdir. İnfiniti bu sorğunun nəticələrinə görə yaxşı hesab olunur. Büik ümumi nəticələrə görə üçüncü yerdədir, yerli avtobillər modelləri arasında və qeyri-lüks kateqoriyasında ən yaxşı model hesab olunur. Bu, o deməkdir ki, Toyota və Honda maşınları ilə müqayisədə ümumilikdə Büik daha yaxşı nəticələrə malikdir.” Brayan Valters Toyotanın texniki göstəricilərinin yüksək səviyyədə olduunu əlavə edir. Toyota daim təkmilləşirç, buç şirkətin əsas prioritetidir. Bu da onun alıcılıar tərəfindən yüksək qiymətləndirilməsi əsas olmuşdur.

Əgər bu sorğuya əsasən, uduzan varsa, o da Almaniyada istehsal olunan Mersedes-Bens modelidir. Belə görünür, sürüldükcə Mersedesin problemləri artır. Brayan Valters bunu belə izah edir. “Mersedesin üç il sürüldküdən sonra keyfiyyətin kəskin aşağı düşdüyü bir model olduğu görünür. Digər Avropa modelləri, Volvo, Land Rover və Audi də keyfiyyət baxımdan aşağı nəticələr göstəriblər. Buna görə də belə görünür, bu, Avropada istehsal olunan bütün avtobillərə aiddir.” J-D Povver marketinq şirkətinin keçirdiyi sorğu zamanı bə’zi avtobillərin zaman keçdikcə daha yaxşı nəticələr göstərdiyi də meydana çıxmışdır. Məsələn, Subaru təzə alınanda keyfiyyət baxımından yaxşı nəticələr göstərməsə də, üç il sürüldükdən sonra sənaye göstəriciləri ümumi həddən yüksək səviyyədədir. Amerikada təzə maşın alanların 52 faizi məhz bu göstəricilərə əsaslanır.

XS
SM
MD
LG