Accessibility links

Avropa liderləri BMT-nin İraqda rolunun tərəfdarıdır - 2003-09-20


Britaniya, Fransa və Almaniya BMT-nin rolunun genişləndirilməsi ilə İraqda hakimiyyətin tez bir zamanda iraqlılara verilməsinə çağırmışlar. Lakin İraqın yenidən qurulmasının vaxtı və digər məsələlərdə Britaniyanın baş naziri Toni Bleyer, Fransa prezidenti Jak Şirak və Almaniya kansleri Gerhard Şröyder arasındakı fikir ayrılıqları aradan qaldırılmamışdır. Fransa və Almaniya liderləri İraqa qarşı müharibənin əleyhinə olduqları halda, Britaniya Vaşinqtonun ən yaxın müttəfiqi idi. Mətbuat konfransında Britaniya lideri fikir ayrılıqlarının həll ediləcəyinə nikbinliklə yanaşdığını və İraqda sabitliyin hamının ortaq marağı olduğunu demişdir.

XS
SM
MD
LG