Akila əl-Haşimi güllə yarası alıb. Şahidlər bildirirlər ki, xanım Əl-Haşiminin avtomobili şənbə günü Bağdadın qərbindəki evindən aralandığı vaxt hücuma məruz qalıb.İki maşında olan bir neçə silahlı şəxs xanım Əl-Haşiminin və onu müşaiyət edən cangüdənlərin maşınlarını atəşə tutublar. Xanım Əl-Haşimi dərhal Bağdadın Əl-Yarmuk xəstəxanasına aparılıb. Bir neçə güllə yarası almış Əl-Haşimiyə cərrahiyə əməliyyatı edilib. Həkimlər bildirirlər ki, Əl-Haşiminin qarın nahiyəsində aldığı yara ən ağırıdır və o, ağır durumdadır. Əl-Haşimi Amerika qoşunlarının müşaiyəti ilə Birlşmiş Ştatlar ordusunun hərbi xəstəxanasına köçürülüb. Birləşmiş Ştatların İraqdakı administratoru Pol Bremer yaydığı bəyanatında bu dəhşətli və alçaq hücumdan kədərləndiyini bildirib.Xanım Haşimi İraqın 25 üzvlü idarəedici şurasında çalışan 3 qadından biridir.