Accessibility links

Tehranda hərbi parad keçirilib - 2003-09-22


İranın yeni uzunmənzilli raketləri Tehranda təşkil edilən hərbi paradda nümayiş etdirilmişdir. Ekspertlərin fikrincə Şahab-3 raketləri 1300 km-lik məsafəni qət edərək, İsrail və Birləşmiş Ştatların İran körfəzindəki hərbi bazalarını hədəf ala bilər. Bu raketlər Şimali Koreya dizaynı və Rusiyanın texnoligiyası ilə istehsal edilmişlər. Paraddan əvvəl çıxış edən İran prezidenti Məhəmməd Xatəmi demişdir ki, İran nüvə silahlarının yayılmasının əleyhinədir, lakin elm, texnologiya və iqtisadiyyatını inkişaf etdirmək haqqına malikdir. İran BMT-nin verdiyi möhlətə-oktyabr ayının 31-dək nüvə silashlarına malik olmadığını sübut etməlidir.

XS
SM
MD
LG