Accessibility links

Şübhəlilər sorğu-suala çəkilir - 2003-09-22


Pakistanın rəsmiləri Əl- Qaidə ilə əlaqəsi olduğundan şübhələnilərək həbs edilən tələbənin terrorçu qrupun Cənub-şərqi Asiya üzrə nümayəndəsinin qardaşı olduğuna inanırlar. Pakistanın Daxili İşlər Nazirliyinə yaxın mənbələrin verdikləri məlumata görə Rusman Gunavan şənbə günü Kəraçidə bir dini məktəbə edilən basqında 15 başqa tələbə ilə bir yerdə nəzarət altına alınmışdı. Pakistanın təhlükəsizlik qüvvələri onları dindirməyə davam edirlər. Onlar həmin tələbələrin terrorçularla əlaqələri olduğundan şübhələnirlər.

XS
SM
MD
LG