Accessibility links

Yaponyanın Hokkaydo adasında güclü yeraltı tekanlar - 2003-09-27


Hokkaydo adasında dünən baş verən güclü zəlzələdən sonra bu gün Yaponiyanın şimalında təkrar silkələmələr qeydə alınmışdır. Zəlzələ nəticəsində azı 570 nəfər yaralanmışdır. onlardan 40-nın yarası ciddidir. Seysmioloqlar yeni güclü zəlzələlərin olacağı barədə xəbərdarlıq veriblər. Cümə günü zəlzələ Rixter şkalası ilə səkkiz bal gücündə qeydə alınmışdır. Şənbə günü zəlzələləri isə altı və yeddi bal gücündə olub. Zəlzələ vaxtı dənizdə itkin düşən iki balıqçının axtarışı davam edir. Cümə günü zəlzələsi yolları, dəmir yol sistemini, binaları zədələmiş, kommunikasiya xətlərini bir neçə saatlığına sıradan çıxarmışdır.

XS
SM
MD
LG