Accessibility links

Amerika ve Rusiya prezidentləri Kemp Deyviddə görüşdülər - 2003-09-27


Prezident Buş və Rusiya prezidenti Vladimir Putin bugünkü görüşdə İran, İraq, Şimalı Koreya, Çeçenistan və terrorçuluğa qarşı global mübarizə mövzularını müzakirə etmişlər. Onlar Kemp Deyviddə təşkil etdikləri birgə mətbuat konfransında İraqla bağlı fikir ayrılıqları ətrafında səmimi söhbət keçirdiklərini bildirmişlər. İki lider aralarında yaxın, şəxsi dostluğun mövcudluğuna işarə edərək iki ölkənin geniş qarşılıqlı maraqlarının İraq ətrafında fikir ayrılığını ötüb keçdiyinə işarə etmişdir. ABŞ və Rusiya prezidentləri nüvə proqramından nüvə silahı istehsalında istifadə etməyəcəyi barədə aydın bəyanat verməsi haqda İrana xəbərdarlıq etmişlər. Prezident Buş iki ölkənin global terrorçuluqla mübarizədəki məqsədlərinin eyni olduğunu bildirərək Çeçenistandan da bəhs etmişdir.

XS
SM
MD
LG