Accessibility links

İran nüvə proqramlarını inkişaf etdirməyə davam edəcək - 2003-09-28


Nüvə silahlarını inkişaf etdirmədiyini sübuta yetirmək üçün beynəlxalq təzyiqlərə baxmayaraq, İran zənginləşdirilmiş uran da daxil olmaqla, nüvə proqramlarını dayandırmayacağını bildirib. Tehran hökumətinin mətbuat katibinin sözlərinə görə, beynəlxalq təzyiqlər dinc məqəsədlə inkişaf etdirilən nüvə proqramını saxlaya bilməz. Eyni zamanda, İran nüvə proqramının nüvə silahı istehsalı əlaqədar olmadığına təkid edir. Bu inkişaflar bu həftə sonu Beynəlxalq Atom Enerjisi agentliyinin rəsmilərinin Tehrana səfərindən əvvələ təsadüf edir. BMT-nin nüvə agentliyi İrana nüvə silahı istehsal etmədiyini sübuta yetirmək üçün oktyabrın sonuna qədər vaxt verib. Bu şərti yerinə yetirmədikdə, İran sanksiyalarla üzləşə bilər.

XS
SM
MD
LG