Accessibility links

Malaziyanın baş naziri istefasının gününü elan etdi - 2003-09-28


Malaziyanın baş naziri Məhatir Məhəmməd 22 il hakimiyyətdə olduqdan sonra oktyabrın 31-i istefa verəcəyini bəyan edib. Cənab Məhatir istefa verəcəyini artıq əvvəllər də demişdi, lakin bu dəfə ilk dəfə olaraq istefaya çıxmasının tarixini elan etmişdir. Monakoda malaziyalı tələbələrlə görüşdə danışan 78 yaşlı lider fikrinin qəti olduğunu da qeyd etmişdir. Baş nazirə istinad edən yerli mətbuat yazıb ki, cənab Məhatir vəzifəsini müavininə ötürməyin vaxtı olduğunu deyib. Malaziyanın yeni baş naziri Abdulla Əhməd Bədavi olacaq. O bu vəzifəni gələn ay Malaziyada İslam Konfransı təşkilatının sammiti keçirildikdən sonra icra edəcək.

XS
SM
MD
LG