Accessibility links

Avropa Birliyi İrana xəbərdarlıq etdi - 2003-09-30


Fransanın xarici işlər naziri İranın oktyabrın 31-i qoyulmuş vaxta qədər beynəxalq müfəttişlərlə tam əməkdaşlıq etməli olduğunu, əks təqdirdə BMT-nin sanksiyaları ilə üzləşə biləcəyini bildlirib. Vyanada Beynəlxalq Atom Enerjisi agentliyinin başçısı Məhəmməd ƏlBaradei Fransa xarici işlər nazirinin sözlərinə şərik olduğunu demiş və Tehranı agentliklə tam əməkdaşlığa çağırmışdır.

Fransada müxbirlərlə danışan Fransa xarici işlər naziri Dominik de Vipen İranı Beynəlxalq Atom Enerjisi agentliyinin tələbinə əməl etməyə və oktyabrın sonuna qədər nüvə silahlarının yayılmaması haqda müqaviləyə əlavə protokola imza atmağa çağırmşıdır. Əlavə protokol beynəlxalq təftişə daxil olacaq obyektlərin sayının artırılması və BMT-nin nüvə agentliyinin ekspertlərinə tam təftiş üçün dərhal imkan verilməsi demək olacaq. Cənab Vipen demişdir ki, İran Beynəlxalq tom Enerjisi agentliyinin oktyabrın 31-i üçün qoyduğu möhlətə əməl etməlidir, ya da sanksiyaların tətbiqi mümkün ola bilər. Dominik de Vipen eyni çağırışı İranın xarici işlər nazirinə çatdırdığını bildirmişdir. “Əgər İran oktyabrın 31-i qoyulmuş möhlətə əməl etməsə, Beynəxalq Atom Enerjisi agentliyinin idarə heyəti məsələnin BMT-nin Təhlükəsizlik Şurasına çıxarılıb-çıxarılmamasını həll etməlidir. İrana qarşı sanksiyarların tətbiq edilməsi msələsini beynəxalq ictimiayyət həll etməlidir.“ İran gizli olraq nüvə silahı proqramı inkişaf etdirməkdə ittiham edilir. Tehran bu ittihamları rədd edir. İran bazar ertəsi yalnız elan edilmiş obyektlərin təftişinə imkan verəcəyini bildirmişdir. Bununla İranın nüvə proqramının tam miqyası ilə bağlı şübhələr daha artmışdır.

Öz növbəsində, Beynəlxalq Atom Enerjisi agentliyinin başçısı Məhəmməd ƏlBaradei müxbirlərə bildirib ki, bu həftənin sonu Tehrana getməsi gözlənilən müfəttişlərə bütün nüvə obyektlərinin yoxlanılması üçün tam və qeyd-şərtsiz imkan yaradılmalıdır. Avropa Birliyi də İrana təzyiqləri artıraraq bildirib ki, ciddi beynəxalq təftişə imkan verməsə, Tehranla ticarət əlaqələrini məhdudlaşdıracaq. İranın xarici işlər nazirliyi xəbərdarlığın qəbuledilməz olduğunu bildirib. Nazirliyin bəyanatında qeyd edilib ki, xəbərdarlıq əməkdaşlıq prinsipləri çərçivəsindən kənardır.

XS
SM
MD
LG