Accessibility links

H.Əliyev namizədliyini geri götürdü - 2003-10-02


Azərbaycanın dövlət mətbuatı bildirir ki, prezident Heydər Əliyev öz namizədliyini oğlunun xeyrinə geri götürüb. İyulun ortalarından xəstəxanaya yerləşdirilən prezident Əliyev öz dəstəyini avqust ayında baş nazir təyin etdiyi oğluna verdi. Dövlət televiziyası ilə diktorun oxuduğu müraciətdə 80 yaşlı Əliyevin axıra çatdıra bilmədiyi məsələlərin İlham Əliyevin başa çatdıra biləcəyinə inandığı qeyd olunub. İki aydan çoxdur ki, ictimayyət qarşısına çıxmayan Heydər Əliyev hazırda Birləşmiş Ştatlarda müalicə olunur.

XS
SM
MD
LG