Accessibility links

İsrail 400 metrlik bufer zonası təşkil edir - 2003-10-03


İsrail ordusu İordan çayının qərb sahili ətrafında 400 metrlik bufer zonasının təşkili ilə bağlı təklif irəli sürüb. Bu plan daha artıq yahudi məskunlaşmasına beynəlxaq e’tirazların artdığı bir vaxta təsadüf edir. Plan İsrailin müdafiə qüvvələri tərəfindən artıq təsdiq edilmişdir. Bufer zonası 3-ü tikilməkdə olan 17 yahudi yaşayış məntəqəsini əhatə edir. Daxilində daha 100 qəsəbə olan bu ərazi fələstinlilər üçün bağlı olacaq. Təhlükəszlik xidmətinə xüsusi icazəsiz əraziyə daxil olmağa cəhd edənlərə atəş açmaq səlahaiyyəti veriləcək. Bu planla İsrail yahudi yaşayış məntəqələrinin təhlükəszliyini təmin etməyə çalışır. Təhlükəsizlik məftilləri kamikadzelərin İsrail ərazisinə keçmələrinə mane olunması üçün salınır. Fələstinlilər isə bunu daha artıq Fəslətin torpağının zəbti kimi qiymətləndirir.

XS
SM
MD
LG