Accessibility links

Qulların qalıqları Nyu-Yorkda dəfn ediləçək - 2003-10-04


Yüzlərlə afrikalı qulun skeleti bir daha torpağa tapşırılmaq üçün Nyu-York şəhərinə qaytarılıb. 400 afrikalı qulun qalığı gəmi ilə Manhattan adasındakı 17 və 18-ci əsrlərdə qulları daşıyan gəmilərin lövbər saldığı doka gətirilib. Skeletlər 12 il əvvəl Nyu-York şəhərində bir binanın inşası zamanı aşkar edilmişdi. Daha sonra onlar təhqiqat üçün Vaşinqtonda yerləşən Hovard Universitetinə göndərilmişdi. Ekspertizanın nəticələri qulların çoxunun başlarından zərbələr aldığını və onların 40-80 kiloqramlıq yükləri daşımağa məcbur edildiyini göstərib.

XS
SM
MD
LG