Accessibility links

İraqda qarşıdurma olub - 2003-10-04


Bağdad və Bəsrə şəhərlərində koalisiya qüvvələri ilə keçmiş İraq ordusunun işsiz əsgərləri arasında qarşıdurma olmuş, nəticədə iki iraqlı öldürülmüş, bir neçəsi isə yaralanmışdır. Bu gün Bağdadda ordu buraxılandan bəri maaş almayan keçmiş əsgərlər koalisya qüvvələrini daşa basmışlar. Yerli bir həkim toqquşma zamanı bir iraqlının öldürüldüyü, 25-nin isə xəsarət aldığını demişdir. Britaniyanın hərbi nümayəndəsi koalisiya qüvvələri tərəfindən Bəsrədə daha bir iraqlının öldürüldüyünü bildirmişdir. Bütün bunlarla yanaşa, bu gün hərbi təlimləri başa vuran 700 əsgərdən ibarət ilk batalyon təşkil edilmişdir.

XS
SM
MD
LG