Accessibility links

Bəsrədə daha bir qarşıdurma olub - 2003-10-05


Bu gün İraqın cənub bölgəsində Britaniya qüvvələri ilə itirilmiş işlərinə görə kompensasiya tələb edən əsgərlər arasında qarşıdurma olub. Bu gün Bəsrədə Səddam Hüseyn ordunun iki keçmiş əsgəri öldürülüb. Britaniya qüvvələri nümayişçiləri rezin güllələrlə atəşə tutublar. Bir əsgərin əlində silah olan bir iraqlını güllələdiyi xəbər verilir. Bağdadda isə əsgərlərə kompensasiya ödənilməyəcəyi ilə bağlı şaiyələrdən sonra qəzəbli keçmiş əsgərlərlə Amerika qüvvələri arasında toqquşma olub. Bağdaddakı insident zamanı bir iraqlının öldürüldüyü, digər bir neçəsinin xəsarət aldığı xəbər verirlir.

XS
SM
MD
LG