Accessibility links

Kaliforniyada qurbernator seçkilərinə az qalır - 2003-10-05


Kaliforniyanın demokrat qubernatoru Grey Deyvis və onun yerinə namizəd respublikaçı Arnold Şvartsneqqer qarşıdakı çərşənbə axşamı günü keçiriləcək seçkilər önü kəskin çıxışlar edirlər. Dünən cənab Deyvis Avstriyada doğulmuş kulturist Arnold Şvartsneqqeri dəfələrlə qadınlara əl atdığını demişdi. Qubernator San-Diyeqoda seçiciləri ilə görüşü zamanı demişdir ki, respublikaçı namizədi cinayət işlətmiş ola bilər. Kaliforniyada qadına əl atmaq cinayət hesab edilir. Cənab Şvartsneqqer isə çəkildiyi filmlərdə qadınlara qarşı hücumlarına görə üzr istəmiş, lakin qadınlara cinsi təzyiq göstərdiyi ilə bağlı ittihamları rədd etmişdir.

XS
SM
MD
LG