Accessibility links

ABŞ və Keniya anti-terror mübarizəsində əməkdaşlığı davam etdirəcəklər - 2003-10-06


Ağ Evdə görüş keçirən Prezident Buş və Keniya prezidenti Mvai Kivaki terrorizmə qarşı mübarizədə əməkdaşlıq edəcəklərinə söz vermişlər. Dövlət başçılarının danışıqlardan sonra keçirdikləri mətbuat konfransında prezident Buş bildirmişdir ki, Birləşmiş Ştatlar Keniyanın təhlükəsizliyin gücləndirilməsi səylərinə maliyyə vəsaiti ayıramağa davam edəcək. Öz növbəsində, Keniya prezidenti qeyd etmişdir ki, Keniya və ABŞ-da həyata keçirilmiş terror hücumları hər iki xalqın siyasi iradəsini gücləndirmişdir.

Keniya son illər tələfatla nəticələnmiş bir-neçə terror aktına səhnə olmuşdur. Ötən ilin noyabrında Mombasa şəhərində bir İsraillinin sahib olduğu mehmanxana və 1998-ci ildə paytaxt Nairobidə Amerikanın səfirliyini dağıdan bomba hücucmlarına görə Əl Qaidanın məsuliyyət daşıdığı deyilir. Prezident Kibakini Ağ Evdə salamlayan prezident Bush hər iki ölkənin eyni problem, terrorizmə qarşı mübarizə ilə üzləşdiyini bildirmiş və Kenyanın bu mübarizədə müttəfiq olduğunu demişdir. “Biz terrorçuları məğlub etmək, onların maliyyələşdirilməsi yollarını kəsmək, onların sığınacaq tapmasına yol verməmək və onları ədalət məhkəməsi qarşısına çıxarmaq istiqamətində bərabər işləyirik. Bu bəla ilə mübarizədə heç bir kompromisə yol verilməyəcək.” Kenya prezidenti Kibaki qlobal bəla adlandırdığı terrorizmə qarşı mübarizədə onun ölkəsinin ABŞ-la çiyin-çiyinə durduğunu bildirmişdir.

XS
SM
MD
LG