Accessibility links

K.Xərrazi:İran nüvə proqramını dayandırmayacaq - 2003-10-07


İranın xarici işlər naziri Kamal Xərrazi beynəxalq təzyiqlərə baxmayaraq, Tehranın uranın zənginləşdirilməsi proqramını dayandırmayacağını deyib. İranın rəsmi xəbər agentliyi cənab Xərraziyə istinadən bildirib ki, heç kim İranın nüvə texnologiyasından istifadə haqqını əlindən ala bilməz. Kamal Xərrazi bir daha İran hökumətinin nüvə silahı istehsal etmək və silahların yayılmaması ilə bağlı sazişdən çıxmaq niyyətində olmadığını təkrar etmişdir.

XS
SM
MD
LG