Accessibility links

C.Buş: Kubadan daha artıq mühacir qəbul ediləcək - 2003-10-10


Prezident Buş qeyri-qanuni şəkildə Kubaya səfər edən amerikalılara qarşı ölçülərin kəskinləşdiriləcəyini deyib. Prezident Buş bu gün bildirib ki, qeyri-qanuni səyahətlər sex ticarətini təşviq edən Kuba hökumətinin xeyrinədir. Ağ Evdəki çıxışı zamanı Amerika prezidenti Daxili Təhlükəslik Nazirliyinin Kubaya giriş və çıxışları diqqətlə izləyəcəyini deyib. O, belə səfərlərin çox vaxt qeyri-qanuni fəaliyyətlə bağlı olduğunu vurğulayıb. Prezident Buş Kubanı tərk edən qeyri-qanuni mühacirləri də həyatlarını risk qarşısında qoymamağa çağırıb. O, Amerikanın Kubadan qəbul edilən mühacir sayını artıracağını bildirib. Prezident Corc Buş idel Kastronun hakimiyyətdən getdiyi günün kubalılar üçün “xoşbəxt bir gün” olacağını deyib.

XS
SM
MD
LG