Fələstinin yeni baş naziri Əhməd Qureiya vəzifəsini tərk etmək niyyətində olduğunu bildirib. Yasir Ərafatla kabinetin təşkili ilə bağlı razılığa gəlməyən baş nazir hazırda fövqəladə kabinetə başçılıq edir. Daimi hökumət isə noyabr ayının əvvəlləri təşkil edilməlidir. Fətah fraksiyasının rəsmi nümayəndələrinin dediyinə görə cənab Qureiya bildirib ki, daimi hökumətlə birgə yeni baş naziri də təyin edilməlidir. Xatırladaq ki, cümə axşamı günü Yasir Ərafatla qarşıdurma zamanı baş nazir istefa verəcəyini bildirmişdi.