İraqda yüz minlərlə şiə müsəlman müqəddəs Kərbəlanı ziyarət edərək imam Mehdinin anadan olan günü qeyd edib. Bu təntənələr Səddam Hüseynin hakimiyyəti dövründə qadağan edilmişdi. Bugünkü dinc yürüşlər radikal şiə ruhanisinin İraqda ABŞ-ın dəstəklədiyi idarəedici şurasına rəqib ola biləcək islam hökumətinin yaradılmasına dəstək tapmağa çalışdığı bir vaxta təsadüf etmişdir. Hələlik Moqtəda Sədrin təklifinə lazımi dəstək tapa bilib-bilməyəcəyi aydın deyil.