Accessibility links

İraqda iki Amerika əsgəri öldürülüb - 2003-10-13


ABŞ hərbi rəsmilərinə əsasən, İraqın şimalında baş vermiş ayrı-ayrı hücumlar nəticəsində iki amerikalı əsgər həlak olub, üçü yaralanıb. Bu gün Səddam Hüseynin doğma şəhəri Tikritdə baş vermiş son insident zamanı raketatandan atılan qumbara bir Amerika əsgərini öldürüb. Bayji şəhəri yaxınlığında avtomobilin minaya dəyməsi nəticəsində dünən bir Amerika əsgəri həlak olmuşdur. Bağdaddan 60 kilometrl şimalında yerləşən Baquba şəhərində ABŞ əsgərləri ilə qarşıdurma zamanı bir iraqlı öldürülüb.

XS
SM
MD
LG