Accessibility links

Üsəma Bin Ladenin yeni səs yazısı buraxılıb - 2003-10-19


Prezident Buş demişdir ki, Üsəma Bin Ladenin yeni audiokasetində Birləşmiş Ştatlar və onun dəstəkləyənlərə qarşı hədə-qorxular terrorizmə qarşı mübarizənin davam etdirilməsinin vacibliyini nümayiş etdirir. Əl-Cəzirə televiziyasının yayımladığı kasetdə İraqdakı amerikalılara qarşı müqəddəs müharibəyə çağırış və Amerika hərbi qüvvələrinin İraqdan çıxarılması tələbi səslənmişdir. Kasetdə Amerikaya daxildən və xaricdən daha artıq hücumlar ediləcəyi ilə bağlı xəbərdarlıq da yer almışdır. Üsəmanın səsi olduğu təxmin edilən kasetdə Britaniya, İspaniya, Avstraliya, Hollandiya, Yaponiya, İtaliya və Küveyt daxil edilməklə, İraqın işğalında Amerikaya yardım göstərən ölkələrdən qisas alınacağı barədə xəbərdarlıq da səslənmişdir.

XS
SM
MD
LG