Accessibility links

Beynəlxalq ictimaiyyət İraqa kömək edəcək - 2003-10-25


Prezident Buş deyir ki, Madrid konfransı beynəlxalq ictimaiyyətin İraqın yenidən qurulmasına yardım göstərəcəyini bir daha nümayiş etdirib. Prezident Buş Amerika xalqına etdiyi həftəlik ən’ənəvi radio müraciətində deyib ki, beynəlxalq ictimaiyyət İraqın yenidən qurulmasına 33-milyard dollar yardım göstərməyi v’əd verib. Madrid konfransında 70-dən çox dövlət və ictimai təşkilatın nümayəndələri İraqın gələcək ehtiyaclarını və başqa dövlətlərin ona necə yardım göstərəcəkləri yollarını müzakirə ediblər. Bu dövlətlər və ictimai təşkilatlar İraqın yenidən qurulması işinə yardım göstərəcəklərini bildiriblər. Prezident Buş deyib ki, İraq artıq tərəqqi əldə edir. Məktəblər tə’mir olunur, elekrik şəbəkəsi işə salınıb. İraqlılar azad və demokratik bir cəmiyyət qurulması yoluna qədəm qoyublar. Demokratlar və bə’zi respublikaçılar da qeyd edirlər ki, Səddam Hüseyn hakimiyyətdən devirdikdən sonra Birləşmiş Ştatlar İraqa həddən artıq məbləğdə maliyyə vəsaiti və hərbi qüvvə sərf edir.

XS
SM
MD
LG