Accessibility links

Avropa Birliyi Bağdadda intihar hücumlarını dözülməz zorakılıq adlandırıb - 2003-10-27


Bağdadda bomba partlayışlarına reaksiya verən Avropa Birliyinin xarici siyasət məsələləri idarəsinin başçısı Xavyer Solana Brüsseldə müxbirlərə İraq paytaxtında vəziyyətin yaxşı olmadığını və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin vəziyyətə nəzarət edə biləcəklərinə ümid bəslədiyini bildirib. Cənab Solana habelə daha artıq hərbi qüvvənin yerləşdirilməsinə ehtiyac ola bildiyini deyib, lakin təfərraüatları açıqlamayıb. Britaniyanın xairic işlər naziri Cek Strou isə bugünkü bomba hücumlarından sarsıldığını və Bağdadda təhlükəsizilklə bağlı vəziyyətin qənaətbəxş olmadığını bəyan edib.

XS
SM
MD
LG