Qərargahı Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsində Avropa və Mərkəzi Asiya proqramlarının koordinatoru Aleks Lupis mətbuata təzyiqlərin doğurduğu narahatlıqlardan danışır. “Biz Azərbaycanda baş verənləri çox yaxından izləyirik. Bakıda seçkilərdən sonra etiraz nümayişləri zamanı hökumət azad və müxalif mətbuatla qəddarcasına davranmışdı. Biz polisin jurnalistləri döydüyü haqda müxtəlif məlumatlar almışdıq. Biz “Avropa” qəzetinin müxbiri Azər Qaraçənlinin polis tərəfindən oğurlanıb bir neçə gün saxlanmasını böyük narahatlıqla izləyirdik. Mətbuat çox çətin bir şəraitdə işləyir və biz hökumətin baş verənlər haqda, xüsusilə də, saxta mahiyyət daşıyan seçkilər haqda tənqid xarakterli informasiyanı susdurmaq və məhdudlaşdırmaq səylərinin şahidiyik. Biz müxalif mətbuatın fəaliyyət göstərə bilməsi məsələsinə xüsusi diqqət yetiririk. Müxalifət mətbuatına qarşı məhdudiyyətlər qoyulması bir daha onu göstərir ki, hökumət həm seçkilərin keçirilməsi, həm də seçkilərdən sonra mətbuata qarşı zorakılıqları tənqid edən müəyyən mətbu orqanları susdurmağa çalışır.”