Accessibility links

Şimali Koreya növbəti danışıqlara razıdır - 2003-10-30


Şimali Koreya ölkənin nüvə proqramları ətrafında danışıqların növbəti turuna prinsipial razılığını verdiyini bəyan edib. Bu, Pxenyanda Şimali Koreya lideri Kim Conq İl və Çin partlamentinin başçısı Vu Banqquo ilə danışıqlardan sonra bu gün dövlətə məxsus radio şirkəti tərəfindən elan edilmişdir. Birləşmiş Ştatlar, Cənubi Koreya, Çin, Rusiya və Yaponiyanın iştirakı ilə keçən çoxtərəfli danışıqların nə zaman yenidən başlanacağı haqda bir məlumat verilməyib. Avqust ayında Pekində keçirilən danışıqların son raundu nəticəsiz bitmişdi.

XS
SM
MD
LG