Accessibility links

Gürcüstan parlament seckilərinə hazırlaşır - 2003-10-31


Avropa Şurası Gürcüstanın səlahiyyətli nümayəndələrini bazar günü parlament seçkilərinin Avropa standartlarına uyğun şəkildə keçirilməsinə çağırıb. Şuranın baş katibi Valter Şvimmer deyib ki, seçkilərin legitimliyi Gürcüstan seçiciləri və Avropa ictimaiyyətinin gözü önündə olmalıdır. Cənab Şvimmer Gürcüstanın bütün siyasi liderlərini seçkilərdə pozuntular və saxtakarlıqlara qarşı çıxmağa səsləyib. O deyib ki, Gürcüstan azad və ədalətli seçkilərə layiqdir.

XS
SM
MD
LG