Accessibility links

BMT səfirləri Əfqanıstandadır - 2003-11-02


BMT-nin yüksək səviyyəli nümayəndə heyəti Kabil hökumətinə və müharibədən sonra ölkədə bərpa işlərinə beynəlxalq dəstək məsələsi ətrafında danışıqlar aparmaq məqsədilə Əfqanıstandadır. Təhlükəsizlik Şurasına üzv 15 ölkənin səfiri Əfqanıstan prezidenti Həmid Karzai və müvəqqəi hökumətin digər yüksək səviyyəli üzvlərilə danışıqlar keçirəcəklər. Səfər iki həftə davam edəcək. Nümayəndə heyətinə başçılıq edən Almaniyanın BMT-dəki səfiri Qünter Plöyqer bildirib ki, danışıqlar zamanı Əfqanıstanın gələn ay müzakirəyə qoyulacaq konstitusiya layihəsinə beynəlxalq dəstək vurğulanacaq.

XS
SM
MD
LG