Accessibility links

Gürcüstanda seçkilərin nəticələrinə etiraz nümayişləri davam edir - 2003-11-05


Gürcüstan seçkilərindən sonra səslərin hesablanmış 3-də iki hissəsi hökumət tərəfdarları blok-Yeni Gürcüstan partiyasının cüzi fərqlə irəlidə olduğunu göstərib. Müxalifət partiyaları ikinci gündür ki, Gürgüstanın paytaxtı Tbilisi şəhərində e’tiraz nümayişinə çixıb, Eduard Şavardnadze hökumətini seçkilərin saxtalaşdırılmasında günahlandırırlar. Onlar səsvermə qutularının qabaqcadan doldurulduğunu və seçicilərin qorxudulduğunu bildirirlər.Dünən də müxalifət partiyalarının yüzlərlə üzvü paytaxtın əsas küçəsində yürüş təşkil etmişdi. Onlara minlərlə e’tirazçı qoşulmuşdu. Nümayiş zamanı heç bir qarşıdurmaya yol verilmədiyi bildirilir. ATƏT-in başçılıq etdiyi beynəlxalq müşahidəçilər Gürcüstan seçkilərinin açıq səkildə saxtalaşdırıldığını deyirlər. Seçkilərin nəticəsi hələ ki, e’lan edilməyib. Lakin səslərin 60 faizi artıq sayılmışdır. Gürcüstanın Mərkəzi seçki komissiyasının bildirdiyinə görə prezident Şevardnadzenin Yeni Gürcüstan partiyası 25 faiz səs toplamışdır. Milli Hərəkat partiyasının 24 faiz səs əldə etdiyi bildirilir. Beş müxalifət partiyasının birlikdə topladıqları səs yeni parlamentdə yer almalarına kifayət edə bilər. Müxalifət səslərin yavaş sayılması ilə nəticələrin Şevardnadzeyə tərəfdar qüvvələrin xeyrinə saxtalaşdırılacağını deyir. Müxalifət hökumət tərəfdarlarının blokun parlamentdə əksəriyyət təşkil etməsinə yol açacaq nəticələri qəbul etməyəcəyinə and içir. Prezident Şevardnadze çərşənbə axşamı milli televiziya ilə çıxışında müxalifətlə danışıqlara hazır olduğunu deyib. O, eyni zamanda bildirib ki, seçkilərlə bağlı bütün iddialar küçələrdə deyil, məhkəmədə həll edilməlidir.

XS
SM
MD
LG