Accessibility links

YUKOS-un lisenziyaları ləğv edilə bilər - 2003-11-05


Rusiya hökuməti Yukos şirkətinin bəzi neft yataqlarının istismarı ilə bağlı lisenziyalarını ləvğ edəcəyini bildirib. Rusiyanın Təbii Sərvətlər naziri Vitali Artyuxov bildirib ki, Yukosun maraqlarının dondurulduqdan sonra şirkət federal agentliklə bərabərhüquqlu partnyorluğunu itirmiş olur. Yukosun nümayəndəsi bu hərəkəti qeyri-qanuni adlandıraraq, şirkətin bütün funksiyalarını tam yerinə yetirdiyini bildirib. Eyni zamanda, ABŞ senatoru Con Makkeyn deyib ki, Yukosun keçmiş direktorunun həbsinə görə Rusiyaya gələn il Böyük Səkkizlərin yığıncağına yol verilməməlidir. O, Moskvanın bu hərəkətinin onun sənayeləşmiş dövlətlər klubuna üzvlüyünü yarasızlaşdırdığını deyib. Rusiya prezidenti Vladimir Putin lisenziyaların ləğvinin əleyhinə olduğunu və bunun şirkətin bağlanacağı ilə bağlı yanlış təsəvvür yaradacağını bildirib.

XS
SM
MD
LG