Accessibility links

Şri-Lankada fövqəladə vəziyyət elan edilib - 2003-11-05


Şri-Lanka prezidenti Çandrika Kumaratunqa dünən parlamentin işinin dayandırılması və 3 kabinet nazirinin vəzifəsindən kənar edilməsindən sonra yaranmış böhranla bağlı fövqəladə vəziyyət elan edib. 10 günlük dekretə əsasən səlahiyyələr orduya verilir. Bu qərar prezidentin siyasi opponenti baş nazir Ranil Vikremesinqenin Vaşinqtonda prezident Buşla görüşü vaxtına təsadüf edir. Baş nazir prezidenti Tamil pələngləri ilə sülh danışıqlarını pozmaqda günahlandırır. Prezident isə baş naziri üsyançılara həddindən artıq güzəştlərə getməkdə ittiham edir.

XS
SM
MD
LG