Accessibility links

Sovetşunas Paul Goble: Azərbaycan Demokratiya yolunda bir fürsəti əldən verib - 2003-11-07


Keçmiş Sovet Republikaları üzrə mütəxəssis Paul Goble Azərbaycanda seçkilərdən sonrakı sistemi zəif tiranlıq adlandırır. O qeyd edir ki, İlham Əliyevin səslərin 80 faizini aldığı iddialarına görə xalq onun həqiqətən Prezident seçildiyinə şübhəylə yanaşacaq. Paul Goble hansısa bir təşkilat adından yox, mütəxəssis kimi öz adından danışır. O Azərbaycanda keçirilən Prezident seçkilərində çoxlu pozuntulara yol verildiyini soyləyir. O deyir ki, hökumətin elektronik medyaya nəzarəti səbəbilə seçki qabağı kampaniyada ədalətli aparıla bilməyib. “Seçkilərdən sonra müxalifətə qarşı polis qüvvəsindən istifadə edilməsi çox narahat edicidir. Bu seçkilərin Azərbaycan xalqını birləşdirəcəyi ümidləri vardı ancaq bunun əvəzinə indi siyasi qrupların biri birlərinə qarşı mövgəiləri daha da kəskinləşmişdir. Buna görə Prezident İlham Əliyevin hakimiyyətə nəzarət edə bilməsi və Azərbacan xalqına öz səlahiyyətlərini qəbul etdirə bilməsi daha da çətinləşmişdir.”

Müxalifətə qəldikdə Paul Goble bir dəfə daha qeyd edib ki, seçkilər sübut edib ki, müxalifət qüvvələrinin birləşməsinə ehtiyyac var. İkinci bir məsələ isə müxalifət nümayəndələrinin Qərb əleyhinə çıxışlarıdır. Cənab Golbe deyir ki, o zamanda müxalifətin fikrinə görə Birləşmiş Ştatlar nəyin bahasına olursa olsun seçkilərdə Əliyevləri dəsdəkləyəcəkdi. Bu səbəbdən müxalifət çoxlarının anti- Amerikan adlandıracağı bir mövqeidən çıxış etməyə başlamışdı.“Bu xeyli narahat edicidir ona görə ki, belə bir mövgei Azərbaycanın növbəti addımı atmasını çətinləşdirir. Mənim şəxsi fikrim bundan ibarətdir ki, Prezident Heydər Əliyev azad və ədalətli bir seçkidə qələbə çala bilərdi. Bu seçkilərə gəldikdə, əgər seçkilərdə heç bir saxtakarlıq olmasaydı, pozuntular baş verməsəydi, seçki qutularına saxta blütenlər doldurulmasaydı, seçicilərin siyahısı düzgün aparılsaydı əmin olmasam da, mənim fikrimə görə, bəlkə gənədə də İlham Əliyev Prezident seçiləcəkdi.” Paul Goble qeyd edir ki, buna görə də vəziyyət indi təəssüf edicidir. Əqər azad və ədalətli bir seçkidə İlham Əliyev səslərin 55-60 fazini, müxalifət isə 40-45 faizini alsaydı bu Azərbaycanın siyasi inkişafı yolunda mühüm bir addım olardı. Əlbətdə müxalifət bundan razı qalmayacaqdı ancaq belə bir inkişaf Respublika Demokratiyasının əsasını təşkil edən hakimiyyətin əl dəyişdirməsi prosesini başlata bilərdi. Mənim şəxsi fikrimə görə 80 faizlik rəqəm həqiqətdə baş verənlərin həddən artıq dərəcədə şişirdildiyini göstərir. Mən pozuntuların nə qədərinin İlham Əliyevin və nəqədərinin, ona sədaqətlərini Sovet sayağı nümayiş etdirmək istəyən seçki nümayəndələrinin işi olduğunu bilmirəm ancaq bu 80 faizlik rəqəm İlham Əliyev üçün uzun müddətli problem olacaq. Belə ki, belə bir rəqəmin bildirilməsinə görə Azərbaycanda çoxları onun həqiqətdə seçkilərdə qələbə çalmadığını fikirləşəcəklər. Bu isə onun Azərbaycan hökuməti, Azərbaycanın iqtisadi quruluşu daxilindəki müxtəlif, siyasi, iqtisadi, hərbi və təhlükəsizlik klanları ilə işləməsini və onlara nazərət etməsini daha da çətinləşdirəcək” Cənab Goble qeyd edir ki, bunun nəticəsində Azərbaycanda heç olmasa yaxın gələcək üçün zəif tiranlıq sistemi movcud olacaq ki, bu zəif tiranlıq sisteminin qarşısında həll eləməli çox çətin məsələlər dayanır.

XS
SM
MD
LG